Bank Of Baku

«AXA-Mbask» nizamnamə kapitalını artırır

«AXA-Mbask» nizamnamə kapitalını artırır
# 16 dekabr 2011 13:51 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi «AXA-Mbask» sığorta şirkətinin adi adlı sənədsiz səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

Bakı Fond Birjasından (BFB) «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 382 manat, sayı 2 620 ədəd, emissiyanın ümumi həcmi isə 1 000 840 manat təşkil edir. Emissiyanın kütləvi təklif üsulu ilə BFB vasitəsilə yerləşdirilməsi planlaşdırılır. Səhmlərin yerləşdirilməsində anderrayter rolunda «Unicapital» MMC çıxış edəcək. Emissiyanın yerləşdirilməsi başa çatdıqdan sonra şirkətin nizamnamə kapitalı 17,5% artaraq 6 730 840 manata çatacaq.

Xatırladaq ki, «Mbask» sığorta şirkəti 1992-ci ildən fəaliyyət göstərir. Şirkətin səhmdarları sırasında «AXA Group»un törəmə müəssisəsi olan «AXA Seguros Generales» (51%) və bir fiziki şəxs (49%) çıxış edir. Cari il yanvar ayının 1-nə şirkətin nizamnamə kapitalı 5,730 mln. manat təşkil edib. Hazırda şirkət 29 sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR