Bank Of Baku

Azərbaycan Sığortaçılar Assosiasiyası gələn ildən fəaliyyətini yeni nizamnamə üzrə davam etdirəcək

Azərbaycan Sığortaçılar Assosiasiyası gələn ildən fəaliyyətini yeni nizamnamə üzrə davam etdirəcək
# 16 dekabr 2011 14:04 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu ilin dekabrın 22-də Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) təsisçilərinin növbədənkənar iclası keçiriləcək. Bunu «APA-Economics»ə açıqlamasında ASA-nın icraçı direktoru Azər Əliyev bildirib.

A.Əliyevin sözlərinə görə, iclasda təsisçilər tərəfindən ASA-nın yeni nizamnaməsinin layihəsinin müzakirə olunaraq təsdiq ediləcəyi gözlənilir. «Ümid edirəm ki, iclasda yeni nizamnamə təsdiqlənəcək və 2012-ci ilin yanvar ayından qurum fəaliyyətini yeni nizamnamə əsasında davam etdirəcək», - deyə A.Əliyev bildirib.

Xatırladaq ki, ASA 2006-cı ilin dekabrında təsis olunub. Hazırda 27 sığorta şirkəti qurumun üzvdür. Sığorta təşkilatlarının ödədiyi illik üzvlük haqqı 5 min manat təşkil edir. ASA-nın 2011-ci il üçün büdcəsi təxminən 150 min manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR