Bank Of Baku

Azərbaycanda əhalinin alıcılıq qabiliyyəti indeksi artıb

Azərbaycanda əhalinin alıcılıq qabiliyyəti indeksi artıb
# 16 dekabr 2011 14:16 (UTC +04:00)
«APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, 2011-ci il yanvar-oktyabr ayları ilə müqayisədə indeks 0,01 bənd yüksəlib:




Əhalinin alıcılıq qabiliyyəti indeksi əhalinin pul gəlirlərinin pərakəndə əmtəə dövriyyəsi və əhaliyə göstərilən pullu xidmətlərin məcmusuna nisbəti kimi hesablanır. Həmin nisbət əhalinin gəlirlərinin xərcləri üstələməsi səviyyəsini və əhalinin sərəncamında qalan vəsaitlərin həcmini göstərir.

Qeyd edək ki, cari ilin yanvar-noyabr aylarında pərakəndə əmtəə dövriyyəsi 14 454,4 mln. manat, əhaliyə göstərilən pullu xidmətlərin dəyəri 4 673,8 mln. manat, əhalinin gəlirləri isə 27 277,9 mln. manat təşkil edib. Beləliklə, gəlirlər əsas xərcləri 8 149,7 mln. manat səviyyəsində üstələyib ki, bu da yanvar-oktyabr aylarının analoji göstəricisindən 12,1% çoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR