Bank Of Baku

Rusiyada yeni maliyyə naziri təyin olunub

Rusiyada yeni maliyyə naziri təyin olunub
# 16 dekabr 2011 15:07 (UTC +04:00)
Bakı - APA-Economics. Rusiya prezidenti Dmitri Medvedev Anton Siluanovun maliyyə naziri vəzifəsinə təyin olunması haqqında sərəncam imzalayıb. “APA-Economics”in xəbərinə görə, A.Siluanov sentyabr ayından bəri maliyyə naziri vəzifəsini icra edib.

Qeyd edək ki, 2000-ci ildən Rusiyanın maliyyə naziri postunu tutan Kudrin prezident Medvedev baş nazir olarsa, onun hökumətində işləməyəcəyini bəyan etdiyi üçün dövlət başçısının qəzəbinə gəlib və sentyabrın 26-da istefaya göndərilib.

A.Siluanov 1963-cü ildə anadan olub. Moskva Maliyyə İnstitutunu bitirib və 1985-ci ildən Maliyyə nazirliyində çalışmağa başlayıb. O, 2005-ci ilin dekabr ayından maliyyə nazirinin müavini postunu tutub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR