Bank Of Baku

Bakıda ödəniş kartları üzrə fırıldaqçılığın qarşısının alınmasına dair forum keçirilib

Bakıda ödəniş kartları üzrə fırıldaqçılığın qarşısının alınmasına dair forum keçirilib
# 16 dekabr 2011 15:50 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycan Mərkəzi Bankı “Visa Inc.” beynəlxalq kart təşkilatı ilə birgə “Azərbaycanda “Visa” təşkilatının üzvü olan banklar üçün ödəniş kartları üzrə fırıldaqçılığın qarşısının alınması” mövzusunda forum keçirib.

Mərkəzi Bankdan “APA-Economics”ə verilən məlumata görə, forumda Azərbaycanda nağdsız ödəniş sistemlərinin inkişafı, bu istiqamətdə dövlət tərəfindən görülmüş işlər, həmçinin ödəniş kartları vasitəsilə baş verə biləcək fırıldaqçılıq hallarının qarşısının alınması yolları müzakirə edilib.

“Visa Inc.” beynəlxalq kart təşkilatı tərəfindən MDB və Cənub-Şərqi Avropa ölkələri üzrə risk meneceri Jan Yovanovskinin, MDB ölkələri üzrə biznesin inkişafı meneceri Yekaterina Valyanonun, həmçinin MDB ölkələri üzrə regional menecer Aleksandr Kalitanın və bu təşkilata üzv olan bankların nümayəndələrinin iştirak etdiyi forumda bildirilib ki, son illər Mərkəzi Bank tərəfindən ölkədə elektron ödəniş sistemlərinin yaradılması və nağdsız hesablaşmaların həcminin artırılması istiqamətində bir sıra mühüm layihələr uğurla başa çatdırılıb.

”Visa Inc.” beynəlxalq kart təşkilatının MDB ölkələri üzrə regional meneceri Aleksandr Kalita “Visa” kartları ilə nağdsız ödənişlərin inkişafı barədə məlumat verərək bildirib ki, hazırda Azərbaycandakı 44 bankdan 32-i “Visa Inc.” beynəlxalq kart təşkilatının üzvüdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR