Bank Of Baku

«Fitch Ratings» agentliyi Gürcüstanın reytinqini artırıb

«Fitch Ratings» agentliyi Gürcüstanın reytinqini artırıb
# 17 dekabr 2011 08:18 (UTC +04:00)
«APA-Economics»in xəbər verdiyi kimi, Agentliyin məlumatında reytinq üzrə proqnozun «Stabil» səviyyəsində müəyyən edildiyi bildirilir.
Agentliyin məlumatına əsasən, reytinqin yüksəldilməsi ölkənin güclü artım göstəriciləri, büdcə kəsiri və inflyasiyanın azaldılması istiqamətində irəliləyiş və valyuta ehtiyatlarının artması kimi amilləri əks etdirir. Qeyd edilir ki, 2011-ci ildə Gürcüstanda büdcə kəsirinin ÜDM-ə nisbəti 6,6%-dən (2010-cu il) 3,7%-dək endirilib, 2012-ci ilin büdcəsində isə bu göstərici 3,6% səviyyəsində nəzərdə tutulur.
Agentlik həmçinin Gürcüstanın dövlət borcunun 2012-2013-cü illərdə azalacağını, ÜDM-in 5,5%-lik artım tempi nümayiş etdirəcəyini gözləyir və bunun əsas səbəblərini həyata keçirilmiş struktur islahatların artıq fayda verməyə başlaması və Gürcüstanın regionda tranzit ölkə rolu ilə əlaqələndirir.
Eyni zamanda Agentlik risk əlamətləri kimi ölkə iqtisadiyyatında dollarlaşma səviyyəsinin yüksək olmasını və siyasi baxımından qeyri-stabil regionda yerləşməsini bildirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR