Bank Of Baku

Azərbaycan İpoteka Fondunun istiqrazlarının növbəti tranşı hərraca çıxarılır

Azərbaycan İpoteka Fondunun istiqrazlarının növbəti tranşı hərraca çıxarılır
# 17 dekabr 2011 09:30 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Dekabrın 20-də Bakı Fond Birjasında Azərbaycan İpoteka Fondunun faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazlarının növbəti tranşının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. Fonddan «APA-Economics»ə verilən məlumata görə, hərraca 3 mln. manat həcmində istiqraz çıxarılacaq.

İstiqrazlar 100,6417% qiyməti ilə satışa çıxarılacaq. İstiqrazların ödənilməsi 2018-ci ilin avqustun 28-də nəzərdə tutulur.

Qeyd edək ki, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycan İpoteka Fondunun faizli, adlı, sənədsiz istiqrazlarının yeni emissiya prospekti bu ilin sentyabrın 23-də qeydə alınıb. Emissiyanın ümumi həcmi 20 mln. manat təşkil edir, bir istiqrazın nominal dəyəri 1 min manat, istiqrazlar üzrə gəlirlik illik 3% təşkil edir.

Bu istiqrazların yerləşdirilməsinə oktyabrın 4-də başlanılıb və bu günədək 14 mln. manat həcmində istiqraz yerləşdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR