Bank Of Baku

Azərbaycanda icbari sığorta ilə məşğul olmaq üçün əlavə tələblər təsdiqlənib

Azərbaycanda icbari sığorta ilə məşğul olmaq üçün əlavə tələblər təsdiqlənib
# 17 dekabr 2011 11:46 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanda icbari sığorta fəaliyyəti ilə məşğul olmaq istəyən şirkətlərin ölkənin bütün iqtisadi rayonlarında filial və nümayəndəlikləri olmalıdır. Bu, Maliyyə Nazirliyinin təsdiqlədiyi «İcbari sığorta növlərinin aparılmasına icazə verilməsi üçün Əlavə Tələblər»də nəzərdə tutulur.

«APA-Economics»in məlumatına görə, Nazirliyin qərarına əsasən, sığorta şirkətləri icbari sığorta fəaliyyəti ilə məşğul olmaq üçün «İcbari sığortalar haqqında» qanunun tələblərinə cavab verməklə yanaşı, «Əlavə Tələblər»ə də riayət etməlidir.

Qaydalara görə, icbari sığorta fəaliyyəti ilə məşğul olmaq istəyənlər işğal olunmuş ərazilər istisna olmaqla, Azərbaycanın bütün iqtisadi rayonlarına daxil olan rayon və ya şəhərlərin ən azı birində zərərlərin tənzimlənməsi üçün lazımi imkanları olan filial və nümayəndəliyə malik olmalıdır.

Bundan başqa, tələblərə əsasən, sığorta şirkəti həmin rayonlardakı filial və ya nümayəndəliklər, o cümlədən onların yerləşdiyi ünvan və telefon nömrələri barədə məlumatları özünün rəsmi internet səhifəsində yerləşdirməlidir.

Sığorta şirkətlərinə bu tələbləri yerinə yetirmək üçün təqribən 6 ay vaxt verilib. Nazirliyin qərarına əsasən, əlavə tələblər 2012-ci il iyulun 1-dən qüvvəyə minəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR