Bank Of Baku

«Texnikabank»ın İstanbul nümayəndəliyinin rəsmi açılışı keçirilib

«Texnikabank»ın İstanbul nümayəndəliyinin rəsmi açılışı keçirilib
# 17 dekabr 2011 14:39 (UTC +04:00)
Bakı – APA. Azərbaycanın «Texnikabank» ASC Türkiyənin İstanbul şəhərində nümayəndəlik açıb. APA-nın Türkiyə KİV-inə istinadən verdiyi məlumata görə, artıq Türkiyə Bank İşinin Təşkili və Nəzarət Qurumu (BDDK) «Texnikabank»a bunun üçün müvafiq icazəni verib.

Ötən gün İstanbulda bank nümayəndəliyinin rəsmi açılışı keçirilib. «Texnikabank»ın yaxın perspektivdə nümayəndəliyinin şöbəyə çevrilməsi planlaşdırılır.

Xatırladaq ki, «Texnikabank» ASC 1993-cü ildən fəaliyyət göstərir. Bu il dekabrın 1-nə bankın ümumi aktivləri 633,123 mln. manat, depozit portfeli 331,184 mln. manat, kredit portfeli 435,470 mln. manat, o cümlədən istehlak kreditləri 36,651 mln. manat, məcmu kapitalı 102,192 mln. manat, o cümlədən nizamnamə kapitalı 64,755 mln. manat təşkil edib.

Hazırda bankın 35 filialı, 97 bankomatı, 1 171 POS-terminalı və 719 işçisi var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR