Bank Of Baku

«Atəşgah Sığorta» şirkəti on-line rejimində icbari sığorta polislərinin satışına başlayıb

«Atəşgah Sığorta» şirkəti on-line rejimində icbari sığorta polislərinin satışına başlayıb
# 19 dekabr 2011 07:11 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Atəşgah Sığorta» şirkəti ilk dəfə olaraq on-line rejimində «Motor Büro»su vasitəsilə «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» üzrə ilk polisin satışını həyata keçirib.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, «Motor Büro»su «İcbari sığortalar haqqında» qanunun tələblərinə əsasən, «Atəşgah Sığorta» da daxil olmaqla Azərbaycanın altı sığorta şirkəti tərəfindən yaradılıb. «Atəşgah Sığorta» eyni zamanda Büronun Himayədarlar Şurasına daxildir.

Qeyd edək ki, dekabrın 16-dan sığorta şirkətləri tərəfindən Azərbaycanda «İcbari sığortalar haqqında» qanunun praktiki icrasına başlanılıb.

Qanun icbari sığortanın dörd növüyü - daşınmaz əmlak, avtonəqliyyat vasitələri sahiblərinin məsuliyyətb, sərnişinlərin və daşınmaz əmlakın istismarı zamanı vətəndaş məsuliyyətinin sığortalanmasını tənzimləyir.

Xatırladaq ki, «Atəşgah» şirkəti 1997-ci ildən fəaliyyət göstərir. Şirkətin səhmdarları rolunda «ISR Holding» (63%), «RanExim» şirkəti (27%) və ARDNŞ (10%) çıxış edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR