Bank Of Baku

Avropa Birliyinə daxil olan ölkələrin maliyyə nazirləri telekonfrans keçirəcək

Avropa Birliyinə daxil olan ölkələrin maliyyə nazirləri telekonfrans keçirəcək
# 19 dekabr 2011 08:35 (UTC +04:00)
Bakı - APA-Economics. Bu gün Avropa Birliyinə (AB) daxil olan ölkələrin maliyyə nazirləri telekonfrans keçirərək, avrozonanın borc böhranının aradan qaldırılması üçüçn atılacaq növbəti addımlarını müzakirə edəcəklər.

APA-Economics”in “Reuters”ə istinadən xəbərinə görə, telekonfrans zamanı Beynəlxalq Valyuta Fondu və AB ölkələri arasında ikitərəfli kredit sazişləri, yeni büdcə-vergi razılaşmasının bəzi bəndləri kimi məsələlərin müzakirə ediləcəyi gözlənilir.

Bundan başqa, telekonfransda 500 mlrd. dollar həcmi olan və təcili maliyyə yardımı üçün nəzərdə tutulmuş Avropa Maliyyə Sabitliyi Mexanizmi (ESM) məsələsinə də toxunulacaq. ESM-lə bağlı səsvermə proseduruna dəyişiklik ediləcəyi və indiki qərarların yekdilliklə qəbulunun səs çoxluğu prinsipi ilə əvəzlənməsi ehtimal olunur. Artıq Finlandiya səsvermə prosedurunun dəyişdirilməsinə etirazını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR