Bank Of Baku

«AtaBank» stimullaşdırıcı lotereya keçirir

«AtaBank» stimullaşdırıcı lotereya keçirir
# 19 dekabr 2011 09:18 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «AtaBank» ASC «Nağdsız ödə, nağd qazan» ani stimullaşdırıcı lotereya kampaniyasına başlayıb. Bankdan «APA-Economics»ə verilən məlumata görə, stimullaşdırıcı lotereya 2012-ci ilin dekabrın 30-dək davam edəcək.

Ani stimullaşdırıcı lotereyada «AtaBank» tərəfindən ticarət, ictimai-iaşə və ya xidmət obyektlərində quraşdırılmış POS-terminallar vasitəsilə Azərbaycanda fəaliyyət göstərən istənilən bank tərəfindən emissiya edilmiş ödəniş kartları ilə nağdsız əməliyyat aparan fiziki şəxslər iştirak edə bilər.

Lotereyada təqvim ayı ərzində ümumilikdə ən azı 50 manat məbləğində əməliyyat aparan kart istifadəçiləri iştirak hüququ əldə edirlər. Kampaniyada iştirak etmək üçün lotereya kuponlarını əldə etmək lazımdır. Lotereya kuponlarının əldə edilməsi üçün ödəniş kart istifadəçisi təqvim ayı ərzində «AtaBank»ın POS-terminalları vasitəsilə nağdsız aparılmış əməliyyatlar üzrə çekləri toplayaraq növbəti təqvim ayının sonuncu iş günündən gec olmayaraq bankın istənilən filial və ya şöbəsinə şəxsiyyətini təsdiq edən sənədi ilə birlikdə müraciət etməlidir. Ödəniş kart istifadəçisi təqdim edəcəyi hər 50 manat məbləğində olan çeklər üçün bir lotereya kuponu əldə edir. Plastik kart istifadəçisi kuponu təhvil alaraq xüsusi zolağı pozur. Kupon uduşludursa, kart istifadəçisi kuponu əməliyyatçıya təqdim edir, müvafiq qeydlər aparılır və kart istifadəçisi məxaric orderi ilə xəzinəyə yaxınlaşaraq uduş məbləğini alır.

Qeyd edək ki, kampaniyada iştirak edən kuponların 1 001 ədədi uduşludur və maksimal uduş məbləği 1 000 manat təşkil edir. Əlavə edək ki, kampaniyanın keçirilməsində əsas məqsədi bank əməliyyatlarının həcmini artırmaqla yanaşı ölkədə nağdsız ödənişlərin stimullaşdırılması sahəsində aparılan tədbirləri sürətləndirməkdir. Bu, həmçinin POS-terminallar üzrə dövriyyənin artırılması, əlavə ticarət, ictimai-iaşə və ya xidmət obyektlərinin aktiv əməkdaşlığa cəlb edilməsinə müsbət təsir göstərəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR