Bank Of Baku

Sabah Tiflisdə Gürcüstan-Azərbaycan hökumətlərarası komissiyasının iclası keçiriləcək

Sabah Tiflisdə Gürcüstan-Azərbaycan hökumətlərarası komissiyasının iclası keçiriləcək
# 19 dekabr 2011 10:12 (UTC +04:00)
APA-Economics”in Gürcüstan KİV-nə istinadən xəbərinə görə, bu barədə Gürcüstan xarici işlər nazirinin müavini Nino Kalandadze açıqlama verib.

Komissiyanın iclasında iki ölkə arasında iqtisadi əməkdaşlığın bir sıra aspektləri, o cümlədən energetika, kənd təsərrüfatı, nəqliyyat, ətraf mühitin mühafizəsi, informasiya texnologiyaları və digər məsələlər müzakirə olunacaq.

Bu gün Tiflisdə ekspertlər səviyyəsində iclas öncəsi görüş keçiriləcək. “Gürcüstan və Azərbaycan arasında müsbət ticarət dövriyyəsi mövcuddur və biz istəyirik ki, gələcəkdə iqtisadi əlaqələrimiz daha intensiv olsun” - deyə N.Kalandadze qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR