Bank Of Baku

Putin: “Vəhşi özəlləşdirmə dövrünün ofşor irsi ilə vidalaşmağın vaxtı çatıb”

Putin: “Vəhşi özəlləşdirmə dövrünün ofşor irsi ilə vidalaşmağın vaxtı çatıb”
# 19 dekabr 2011 10:47 (UTC +04:00)
Bakı - APA-Economics. Rusiyanın baş naziri Vladimir Putin ölkə iqtisadiyyatının, ilk növbədə onun strateji sahələrinin “ofşor kölgəsindən” çıxarılmasını tələb edib.

APA-Economics”in “RİA Novosti”yə istinadən xəbərinə görə, elektroenergetikanın inkişafı üzrə hökumət komissiyasının iclasında çıxış edən baş nazir bu məsələni qarşıdakı prioritet vəzifə elan edib.

“Əgər biz ölkədə normal investisiya mühiti yaratmaq istəyiriksə, infrastruktur sahələrində ofşor sxemlərin həyata keçirilməsi imkanlarına dözmək artıq mümkün deyil” - deyə V.Putin qeyd edib.

Onun sözlərinə görə, qanun əldə olunmuş mənfəəti Rusiyada vergilər ödənildikdən sonra xaricdə saxlamağı qadağan etmir: “Amma qondarma firmalar vasitəsilə maliyyə resurslarının sahə dövriyyəsindən çıxarılması yolverilməzdir. Vəhşi özəlləşdirmə dövrünün ofşor irsi ilə vidalaşmağın vaxtı çatıb. Əks halda, nə ölkədəki normal mühitdən, nə də bizə inamdan söhbət gedə bilməz”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR