Bank Of Baku

Azərbaycanda sərnişindaşımada icbari sığortanın tətbiqi gediş haqlarına təsir etməyəcək

Azərbaycanda sərnişindaşımada icbari sığortanın tətbiqi gediş haqlarına təsir etməyəcək
# 19 dekabr 2011 10:45 (UTC +04:00)
Bunu «APA-Economics»ə açıqlamasında Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi vəzifəsini icra edən Namiq Xəlilov bildirib.

N.Xəlilovun sözlərinə görə, «İcbari sığortalar haqqında» qanunda sərnişinlərin icbari və fərdi sığortası beynəlxalq və şəhərlərarası sərnişin daşımaları xidmətləri göstərən hava, su, dəmiryolu və avtomobil nəqliyyatı vasitələrində olan sərnişinlərin həyatına və sağlamlığına sığorta hadisəsi nəticəsində zərər dəyməsinə görə sığorta ödənişinin verilməsini nəzərdə tutur.

N.Xəlilov bildirib ki, beynəlxalq və şəhərlərarası sərnişin daşımaları üzrə sərnişinlərin icbari sığortası bu xidmətləri göstərən nəqliyyat vasitəsi sahibləri tərəfindən həyata keçiriləcək: «Sərnişinlərin icbari sığortası» növü üzrə tariflər nəqliyyat vasitəsinin sərnişin yerlərinin sayına görə müəyyənləşir, müvafiq sığorta müqaviləsi isə bir il müddətinə bağlanılır. Yeni qanunda sərnişin biletinin olub-olmaması fərqi aradan götürülüb. Yəni, qəza zamanı nəqliyyat vasitəsində xəsarət alan bütün sərnişinlər sığortadan faydalanacaq».

Qeyd edək ki, «İcbari sığortalar haqqında» qanununun icrasına dekabrın 16-da başlanılıb.

Xatırladaqt ki, bir sərnişin yeri üzrə illik sığorta haqqı məbləğləri hava nəqliyyatı vasitələri üçün 14 manat, su nəqliyyatı vasitələri üçün 5 manat, dəmiryolu nəqliyyatı vasitələri üçün 3 manat, avtomobil nəqliyyatı vasitələri üçün 6 manat həddində müəyyənləşdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR