Bank Of Baku

Namiq Xəlilov: «Azərbaycanda yalnız 15 şirkət İcbari Sığorta Bürosunun üzvü ola bilər»

Namiq Xəlilov: «Azərbaycanda yalnız 15 şirkət İcbari Sığorta Bürosunun üzvü ola bilər»
# 19 dekabr 2011 11:28 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərindən yalnız 15-i İcbari Sığorta Bürosunun iştirakçısı ola bilər. «APA-Economics»in məlumatına görə, bunu Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi vəzifəsini icra edən Namiq Xəlilov bildirib.

N.Xəlilovun sözlərinə görə, «İcbari sığortalar haqqında» qanunun müvafiq tələblərinə əsasən, İcbari Sığorta Bürosunun üzvü olan şirkətlərdə kapital yetərliliyi ilə bağlı problem olmamalıdır.

N.Xəlilov bildirib ki, indiyədək 6 sığorta şirkəti bu büronun iştirakçısı olub: «Cari ilin sonunadək daha 4-5 sığorta şirkəti Büroya üzv olacaq. Gələcəkdə bu şirkətlərin sayı daha da arta bilər».

Qeyd edək ki, «İcbari sığortalar haqqında» qanun 2011-ci il oktyabr ayında qüvvəyə minib, dekabrın 16-dan isə qanunun icrasına başlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR