Bank Of Baku

Bakı və İstanbul fond birjaları əməkdaşlıq perspektivlərini müzakirə edir

Bakı və İstanbul fond birjaları əməkdaşlıq perspektivlərini müzakirə edir
# 19 dekabr 2011 15:01 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bakı Fond Birjası (BFB) İdarə Heyətinin sədri Emin Əliyev və birjanın Ticarət Departamentinin müdiri Vüqar Namazov İstanbul Fond Birjasına səfər ediblər.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 3 gün davam edən səfər çərçivəsində BFB-nin nümayəndələri İstanbul Fond Birjasının sədri Hüseyin Erkan və Avrasiya Fond Birjaları Federasiyasının baş katibi Mustafa Baltaçı ilə işgüzar görüş keçiriblər. Görüşdə iki ölkənin fond birjaları arasında mövcud münasibətlərin səmərəliliyinə toxunulub, qarşılıqlı əməkdaşlığın növbəti mərhələlərinə dair fikir mübadiləsi aparılıb.

Səfər zamanı BFB-nin nümayəndələri Türkiyə Sərmayə Bazarları İdarəsinin ikinci başkanı Emin Özərlə də görüşüblər. Görüşdə qarşı tərəfə Azərbaycanda 2011-2020-ci illər üzrə qəbul edilmiş Qiymətli Kağızlar Bazarının İnkişafına dair Dövlət Proqramı barədə ətraflı məlumat verilib və Türkiyənin bu sahədəki təcrübəsi nəzərdən keçirilib.

Qeyd edək ki, BFB-nin səhmdarları sırasında İstanbul Fond Birjası yer alır və BFB 2001-ci ildən Avrasiya Fond Birjaları Federasiyasının üzvüdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR