Bank Of Baku

BVF avrozona ölkələrindən 150 mlrd. avro vəsait alacaq

BVF avrozona ölkələrindən 150 mlrd. avro vəsait alacaq
# 20 dekabr 2011 07:30 (UTC +04:00)
Bakı - APA-Economics. Avropa Qrupunun Maliyyə Nazirləri Şurası Avropanın borc böhranından çıxması proqramı çərçivəsində Beynəlxalq Valyuta Fonduna (BVF) əlavə 150 mlrd. avro vəsait ayrılmasına razılaşıb.

APA-Economics”in BBC-yə istinadən xəbərinə görə, daha çox vəsait Almaniya və Fransa tərəfindən ayrılacaq.

Avrozonaya daxil olmayan, amma Avropa Birliyinin üzvü olan bəzi ölkələr də bu prosesdə iştirak edəcək. Artıq Çexiya, Danimarka, Polşa və İsveç BVF-yə vəsait ayırmağa hazır olduğunu bəyan edib. Maliyyə Nazirləri Şurası “Böyük 20-lik” ölkələrini bu dövlətlərdən nümunə götürməyə çağırıb. Böyük Britaniya isə gələn ilin əvvəlində BVF-yə vəsait ayrılması məsələsini həll etməyə söz verib.

Xatırladaq ki, avrozonada böhran 2009-cu ildə Yunanıstandan başlayıb. Sonradan böhran İtaliya, İspaniya, İrlandiya və Portuqaliyanı da əhatə edib. Avropa İttifaqının “zəif bəndi” sayılan Yunanıstanın özəl və milli kreditorlar qarşısında dövlət borcu hazırda 340 mlrd. avro (adambaşına 31 min avro) təşkil etməklə Avropanın bütün vergi ödəyiciləri üçün ağır yükə çevrilib. Hesablamalara görə, hər bir avropalı dolayı yolla Afinaya 535 avro kömək edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR