Bank Of Baku

«Unibank» yeni istiqraz emissiyasının yerləşdirməsinə başlayıb

«Unibank» yeni istiqraz emissiyasının yerləşdirməsinə başlayıb
# 20 dekabr 2011 07:45 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan «Unibank» ASC bu gündən etibarən faizli, sənədsiz, adlı, təmin edilməmiş istiqrazlarının yeni emissiyasının yerləşdirilməsinə başlayıb.

«Unibank»dan «APA-Economics»ə verilən məlumata görə, istiqrazların hər birinin nominal dəyəri 50 min manat, sayı 400 ədəd, emissiyanın ümumi həcmi isə 20 mln. manat təşkil edir. Emissiya kütləvi təklif üsulu ilə Bakı Fond Birjası vasitəsilə yerləşdiriləcək. İstiqrazların yerləşdirilməsində anderrayter rolunda «Unicapital» ASC çıxış edir. Qiymətli kağızlar 1 080 gün dövriyyədə olacaq, istiqrazlar üzrə faiz dərəcəsi isə gündəlik faiz ödəniş dövrü 90 gün olmaqla illik 11% təşkil edəcək.

Qeyd edək ki, «Unibank» ASC 1992-ci ildən fəaliyyət göstərir. Bu il dekabrın 1-ə bankın aktivləri 422 mln. manat, məcmu kapitalı 55,3 mln. manat, kredit portfeli 309,4 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR