Bank Of Baku

«Royal Bank»ın səhmdarlarının ümumi yığıncağı keçiriləcək

«Royal Bank»ın səhmdarlarının ümumi yığıncağı keçiriləcək
# 20 dekabr 2011 08:16 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu il dekabrın 26-da Azərbaycanın «Royal Bank» ASC-nin səhmdarlarının ümumi iclası keçiriləcək.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, iclasda səhmdarlar tərəfindən bankın yeni səhm emiissiyasının həyata keçirilməsi və Müşahidə Şurasının tərkibi haqqında müzakirələr aparılacaq.

Xatırladaq ki, təsisçisi ABŞ vətəndaşı olan «Royal Bank» ASC 1993-cü ildə Azərbaycanda «OZ Bank» kimi yaradılıb. Cari il oktyabrın 1-nə bankın aktivləri 186,144 mln. manat, kredit portfeli 133,099 mln. manat, depozit portfeli 76,357 mln. manat, məcmu kapitalı 20,779 mln. manat, o cümlədən nizamnamə kapitalı 22,139 mln. manat təşkil edib.

Bankın ölkə üzrə 32 filialı, 32 bankomatı və 113 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR