Bank Of Baku

Azərbaycan-Belarusla ticarət dövriyyəsinin bu il 1 mlrd. dollara çatacağı gözlənilir

Azərbaycan-Belarusla ticarət dövriyyəsinin bu il 1 mlrd. dollara çatacağı gözlənilir
# 20 dekabr 2011 09:42 (UTC +04:00)
Bakı. Habil Süleymanzadə - APA-Economics. Belarusla Azərbaycan arasında əmtəə dövriyyəsi 2006-2010-cu illərdə beş dəfə artıb. “APA-Economics”in məlumatına görə, bunu keçirdiyi mətbuat konfransında Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç bildirib.

Diplomatın sözlərinə görə, bu zaman kəsiyində iki dövlət arasında ticarət dövriyyəsi 150 mln. dollara çatıb: “Lakin 2011-ci il Azərbaycan-Belarus münasibətlərində əsl sıçrayış ili oldu. Belə ki, cari ilin 7 ayı ərzində ikitərəfli əmtəə dövriyyəsi 7 dəfə artaraq 890 mln. dollara çatıb. Biz gözləyirik ki, yaxın zamanlarda bu rəqəm 1 mlrd. dollara çatacaq”.

Səfir qeyd edib ki, Belarusla Azərbaycan arasında iqtisadi-ticarət münasibətlərində maşınqayırma və xüsusən enerji əməkdaşlığı aparıcı rol oynayır: “İkitərəfli əlaqələrdə Azərbaycan neftinin ixracı əlamətdar hadisə oldu. Azərbaycan, Belarus və Venesuela arasında neft təchizatına dair üçtərəfli saziş Belarus tərəfinə neft alqı-satqısı coğrafiyasını genişləndirməyə imkan verib”.

N.Patskeviç deyib ki, “Odessa-Brodı” kəmərinin istifadəsi haqqında Ukrayna ilə imzalanmış müqavilə neftin nəqlinə şərait yaradıb: “Bütün bunlar iki ölkə rəhbərlərinin siyasi əzmi və iradəsi sayəsində mümkün oldu”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR