Bank Of Baku

Azərbaycanda xidmətlər indeksi azalıb

Azərbaycanda xidmətlər indeksi azalıb
# 20 dekabr 2011 11:22 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda əhaliyə göstərilən pullu xidmətlər indeksi 2011-ci ilin noyabr ayı üzrə 96,1% təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu göstərici oktyabr ayı ilə müqayisədə 8,8 faiz bəndi azalıb.

Xidmətlər indeksi hesabat ayı ərzində göstərilən pullu xidmətlərin həcminin əvvəlki ayın eyni göstəricisinə nisbəti kimi hesablanır. İndeksin azalması hesabat ayı ərzində əhaliyə göstərilən xidmətlərin həcminin aylıq artım tempinin azalmasından xəbər verir. Eyni zamanda, indeksin 100%-dən aşağı olması hesabat ayında xidmətlərin pul ifadəsində həcminin əvvəlki ayla müqayisədə azalmasını göstərir.

Belə ki, oktyabrda əhaliyə 506 mln. manat həcmində pullu xidmətlər göstərilibsə, noyabr ayında bu göstərici 486 mln. manata enib. Müqayisə üçün bildirək ki, sentyabrda bu göstərici 482 mln. manata bərabər olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR