Bank Of Baku

«Atəşgah Həyat» istehsalatda bədbəxt hadisələrdən icbari sığorta üzrə növbəti ödəniş həyata keçirib

«Atəşgah Həyat» istehsalatda bədbəxt hadisələrdən icbari sığorta üzrə növbəti ödəniş həyata keçirib
# 20 dekabr 2011 11:35 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Atəşgah Həyat» sığorta şirkəti Azərbaycanda istehsalatda bədbəxt hadisələrdən icbari sığorta üzrə növbəti sığorta ödənişi həyata keçirib.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu sığorta növü üzrə növbəti ödəniş şirkət tərəfindən mənzil-tikinti kooperativində çalışan fəhlənin güclü elektrik cərəyanının vurması nəticəsində vəfatı faktına əsasən həyata keçirilib. Vəfat etmiş şəxs «Atəşgah Həyat» şirkətində 2011-ci ilin martında sığortalanıb.

Birdəfəlik sığorta ödənişinin məbləği bağlanılmış müqaviləyə uyğun olaraq 3 728 manat təşkil edib. Məbləğ faydalanan şəxslərə - mərhumun övladlarına verilib.

Şirkətdən bildirib ki, cari ilin əvvəlindən indiyədək «Atəşgah Həyat» sığorta şirkətinə istehsalatda bədbəxt hadisələrdən icbari sığorta üzrə 30-dan artıq sığorta hadisələri ilə bağlı müraciət daxil olub.

Xatırladaq ki, «Atəşgah Həyat» sığorta şirkəti 2009-cu ildə yaradılıb. Şirkət həyat sığortasının inkişafı üzrə xüsusi sığorta xidmətləri üzrə ixtisaslaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR