Bank Of Baku

Bu il Azərbaycan Belarusa 20 mln. dollar sərmayə qoyub

Bu il Azərbaycan Belarusa 20 mln. dollar sərmayə qoyub
# 20 dekabr 2011 12:08 (UTC +04:00)
Bakı. Habil Süleymanzadə - APA-Economics. Belarus-Azərbaycan əməkdaşlığının mühüm nəticələrindən biri maşınqayırma sahəsində müştərək layihələrdir. “APA-Economics”in məlumatına görə, bunu ilin yekunlarına həsr edilmiş mətbuat konfransında Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç deyib.

Səfirin sözlərinə görə, Gəncə Avtomobil Zavodunda Belarusun «MTZ» traktorları, MAZ avtomobilləri, avtokranları və kommunal texnikasının istehsalının təşkili Azərbaycanda avtomobil və kənd təsərrüfatı texnikası sahəsinin təşəkkül tapması barədə danışmağa əsas verir: “Cari il ərzində Belarus baş nazirinin və parlament sədrinin Bakıya səfərləri ikitərəfli əlaqələri xeyli dərəcədə canlandırmağa imkan verib. Təsadüfi deyil ki, iki dövlət arasında əmtəə dövriyyəsi artıq 1 mlrd. dollara çatmaq üzrədir”.

N.Patskeviç qeyd edib ki, Belarusa Azərbaycan sərmayələrinin yatırılması planları da getdikçə reallaşır: “Minsk və digər Belarus şəhərlərində üç sərmayə layihəsi həyata keçirilir. 2011-ci ilin yekunlarına görə, Belarusa qoyulması gözlənilən Azərbaycan sərmayələrinin həcmi 20 mln. dollar təşkil edəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR