Bank Of Baku

Maliyyə Nazirliyi qiymətli metallar və daşlar bazarına nəzarətlə bağlı zona müşavirəsi keçirib

Maliyyə Nazirliyi qiymətli metallar və daşlar bazarına nəzarətlə bağlı zona müşavirəsi keçirib
# 20 dekabr 2011 13:10 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti tərəfindən zona müşavirəsi keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, Dövlət Xidməti tərəfindən «Qiymətli metallar və qiymətli daşlar haqqında» qanunun, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı, istifadəsi, dövriyyəsi, uçotu və saxlanılması sahəsində qüvvədə olan normativ-hüquqi sənədlərin və «Azərbaycanda bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar»ın tələblərinə əməl edilməsi ilə bağlı izahat işlərinin aparılması məqsədilə Gəncə, Şəki və Şirvan şəhərlərində zona müşavirəsi keçirilib.

Müşavirədə «Qiymətli metallar və qiymətli daşlar haqqında» qanunun, normativ-hüquqi sənədlərin tələbləri qiymətli metalların və qiymətli daşların istehsalı, emalı, istifadəsi, dövriyyəsi fəaliyyət növü ilə məşğul olan sahibkarlara izah edilib, Dövlət Xidmətinin cari ildə həyata keçirdiyi əyar nəzarəti tədbirləri zamanı daha çox yol rast gəlinən nöqsanların təhlili aparılıb və sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, zona müşavirələri digər bölgələrdə də davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR