Bank Of Baku

Azərbaycanın sığorta bazarı son bir ildə 38% artıb

Azərbaycanın sığorta bazarı son bir ildə 38% artıb
# 20 dekabr 2011 13:20 (UTC +04:00)
Maliyyə Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə həyata keçirilən sığorta ödənişlərinin ümumi həcmi 23% artaraq 55,948 mln. manat təşkil edib.

Bu müddət ərzində həyat sığortası üzrə daxilolmaların həcmi 2,3 dəfə artaraq 3,143 mln. manat, qeyri-həyat sığortası üzrə 28% artaraq 140,087 mln. manat, icbari sığorta növləri üzrə isə 69% artaraq 49,881 mln. manat olub.

Ödənişlərə gəldikdə isə həyat sığortası üzrə 287,327 min manat (35% azalma), qeyri-həyat sığortası üzrə 37,435 mln. manat (25% artım), icbari sığorta növləri üzrə isə 8,919 mln. manat (15% artım) həcmində ödəniş aparılıb.

Daxilolmaların strukturunda ən çox sığorta haqqı «Avtonəqliyyat vasitələrinin sığortası» (39,350 mln. manat), «Əmlakın yanğından və digər risklərdən sığortası» (25,487 mln. manat), «Tibbi sığorta» (25,156 mln. manat) və «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası» (14,390 mln. manat) növləri üzrə toplanılıb.

Ödənişlərdə isə ən çox vəsait «Tibbi sığorta» (17,312 mln. manat), «Avtonəqliyyat vasitələrinin sığortası» (14,704 mln. manat), «Hava nəqliyyatı vasitələrinin sığortası» (8,763 mln. manat) və «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası» (6,389 mln. manat) növləri üzrə ödənilib.

Qeyd edək ki, Azərbaycanda 26 sığorta təşkilatı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR