Bank Of Baku

Tiflisdə Gürcüstan-Azərbaycan hökumətlərarası komissiyasının iclası başa çatıb - FOTOSESSİYA

Tiflisdə Gürcüstan-Azərbaycan hökumətlərarası komissiyasının iclası başa çatıb - <font color=red>FOTOSESSİYA</font>
# 20 dekabr 2011 13:26 (UTC +04:00)
APA-nın Gürcüstan bürosunun xəbərinə görə, görüşü açıq elan edən Gürcüstanın baş naziri, komissiyanın həmsədri Nika Gilauri Azərbaycan nümayəndə heyətini salamlayıb.

O bildirib ki, Gürcüstan və Azərbaycan əlaqələri strateji baxımdan olduqca önəmlidir: “Biz bir-birimiz üçün ticarət baxımından böyük sərmayələr yatıran ölkələrik. Son illər iki ölkə arasında ticarət dövriyyəsi 60% artıb və ildən-ilə artmaqdadır. Bizim dostluq münasibətlərimiz nəinki prezidentlər və baş nazirlər səviyyəsində, eləcə də xalqlar arasında davam edir”.

Baş nazir deyib ki, Azərbaycan Gürcüstana ən böyük sərmayə yatıran ölkələrdən biridir və Gürcüstan büdcəsinə ən böyük vergiləri də Azərbaycan şirkətləri ödəyir: “Biz birlikdə regional və tarixi layihələrə imza atmışıq, Avropa və Asiya arasında körpü tikirik. Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum və Bakı-Tiflis-Qars layihələrinə tarixi layihələr deyə bilərik”.

Komissiyanın Azərbaycan tərəfdən olan həmsədri, baş nazir Artur Rasizadə bildirib ki, Gürcüstan və Azərbaycanın birgə həyata keçirdiyi layihələr başqalarına nümunə olmalıdır: “Gürcüstan-Azərbaycan əməkdaşlığı çox yüksək səviyyədədir. Azərbaycanın bir çox ölkələrlə iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyaları var, amma yalnız Gürcüstanla yaradılan komissiyaya baş nazirlər başçılıq edirlər”.

A.Rasizadə son illər iki ölkənin əlaqələrinin daha da inkişaf etdiyini və bütün istiqamətlərdə çox böyük nailiyyətlər əldə olunduğunu vurğulayıb: “Gürcüstan Azərbaycan üçün strateji tərəfdaş, dost-qardaş ölkədir. Dünyada gedən proseslərlə əlaqədar ikitərəfli münasibətlərimizi daha da dərinləşdirməliyik. Biz güclü olmalıyıq, çünki yalnız bu yolla məqsədlərimizə çata bilərik”.

Sonda Gürcüstan-Azərbaycan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının iclasının yekunlarına dair protokol imzalanıb, iki ölkənin baş nazirləri jurnalistlər üçün mətbuat konfransı keçiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR