Bank Of Baku

Azərbaycanda investisiya fondları üçün fərqli vergi rejimi tətbiq oluna bilər

Azərbaycanda investisiya fondları üçün fərqli vergi rejimi tətbiq oluna bilər
# 20 dekabr 2011 13:35 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanda yaradılacaq investisiya fondlarının fəaliyyətindən vergilər digər maliyyə təsisatlarına tətbiq olunan vergi rejiminə uyğun tutulacaq. Lakin gələcəkdə bu sahəyə fərqli vergi rejiminin tətbiqi mümkündür.

«APA-Economics»in məlumatına görə, bunu Qiymətli Kağızlar Dövlət Komitəsinin sədri Rüfət Aslanlı bildirib: «Azərbaycanda qiymətli kağızlar bazarının 2011-2020-ci illərdə inkişafı Dövlət Proqramına uyğun olaraq bu sahə üçün daha adaptiv vergi rejiminin tətbiqi üzərində işə başlamışıq».

Komitə sədrinin sözlərinə görə, bu məqsədlə xarici texniki yardımın da cəlb olunması barədə razılıq əldə olunub: «Dövlət Komitəsi gələn il ərzində bu növ təsisatlara tətbiq olunacaq vergi rejimi ilə bağlı öz təkliflərini hazırlayaraq hökumət, xüsusilə də vergi orqanları ilə müzakirələrə başlayacaq».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR