Bank Of Baku

«DəmirBank»ın aktivləri son bir ildə 25% artıb

«DəmirBank»ın aktivləri son bir ildə 25% artıb
# 20 dekabr 2011 14:16 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «DəmirBank» ASC-nin aktivləri cari ilin dekabrın 1-nə 358,4 mln. manat təşkil edib, bu da ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 70,4 mln. manat və ya 24,5% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, müştərilərə verilən kreditlərin həcmi bu dövr ərzində 27,8 mln. manat və ya 12,2% artaraq 256,7 mln. manatı ötüb. Həmçinin, müştəri depozitlərinin həcmi 145,9 mln. manat, o cümlədən əhalinin əmanətləri 20,9% və ya 16,9 mln. manat artaraq 98,1 mln. manata çatıb.

Bankın məcmu kapitalı 49,1 mln. manat, o cümlədən nizamnamə kapitalı 21 mln. manat təşkil edib.

Qeyd edək ki, «DəmirBank» (əvvəlki «Azərdəmiryolbank») 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR