Bank Of Baku

Azərbaycan İpoteka Fondu yeni emissiyadan daha 3 mln. manatlıq istiqrazlar yerləşdirib

Azərbaycan İpoteka Fondu yeni emissiyadan daha 3 mln. manatlıq istiqrazlar yerləşdirib
# 20 dekabr 2011 14:33 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Fond Birjasında Azərbaycan İpoteka Fondunun (AİF) faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazlarının növbəti tranşının yerləşdirilməsi üzrə hərrac keçirilib.

AİF-dən «APA-Economics»ə verilən məlumata görə, 2 investorun iştirak etdiyi hərraca 3 mln. manat həcmində istiqraz çıxarılıb. Sifarişlərin həcmi 5,989 mln. manat təşkil edib. Hərrac nəticəsində yerləşdirilmiş istiqrazların həcmi 3 mln. manat təşkil edib.

İstiqrazlar üzrə öhdəliklər emitent tərəfindən 2018-cu ilin avqustun 28-də icra olunacaq.

Qeyd edək ki, AİF-in dördüncü emissiyasının ümumi həcmi 20 mln. manat, bir istiqrazın nominal dəyəri 1 min manat, tədavül müddəti 2 520 gün, istiqrazlar üzrə illik faiz dərəcəsi isə 3% təşkil edir. İstiqrazların yerləşdirilməsinə cari ilin sentyabrın 23-də başlanılıb ki, indiyədək 17 mln. manat həcmində istiqraz yerləşdirilib.

Xatırladaq ki, bundan öncə AİF-in yerləşdirməsi 2009-cu ilin iyununda başlanan və həcmi 55 mln. manat olan, yerləşdirməsi 2010-cu ilin fevralın 1-də başlanan və həcmi 75 mln. manat olan, yerləşdirməsi 2011-ci ilin yanvarın 17-də başlanan və həcmi 60 mln. manat olan üç buraxılış tam yerləşdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR