Bank Of Baku

Azərbaycanda investisiya xidmətlərinə gizli tələbat var

Azərbaycanda investisiya xidmətlərinə gizli tələbat var
# 20 dekabr 2011 15:00 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanda investisiya fondlarının fəaliyyəti üçün lazımi iqtisadi şərait yetişib. «APA-Economics»in məlumatına görə, bunu Qiymətli Kağızlar Dövlət Komitəsinin (QKDK) sədri Rüfət Aslanlı bildirib.

Onun sözlərinə görə, artıq bir neçə ildir ki, ölkənin bank sektorunda əmanətlərin artım tempi iqtisadi inkişaf dinamikasını üstələyir, eyni zamanda bank sistemində əmanətlərin gəlirliyi müəyyən qədər aşağı düşür: «Əgər inflyasiyanı da nəzərə alsaq, bu gün bank sistemindəki əmanətlərin xalis gəlirliyi bir sıra hallarda hətta neqativ səviyyəyə düşüb».

Komitə sədrinin sözlərinə görə, belə vəziyyətdə investisiya fondlarının xidmətləri investor təbəqəsi üçün çox maraqlı ola bilər: «Təbii ki, kütləvi əmanətçi, məsələn, proqressiv fizika müəllimi, ola bilsin ki, öz gəlirini maliyyə baxamından tam təhlil etməyə də bilər. Amma investisiya fondları məhz müəyyən orta gəlirlər səviyyəsi formalaşmış kiçik yığımlara sahib olan təbəqəyə ünvanlanıb. Fondlar onları özünün təklif edəcəyi daha riskli, amma bunun müqabilində daha yüksək gəlirlərə dəvət edə bilər».

R.Aslanlının sözlərinə görə, həm bank sektorunun özündə həm də burada toplanan əmanətçilər sırasında belə alətlərə diqqət yetirə biləcək potensial investorlar təbəqəsi mövcuddur: «İnvestisiya fondları faktiki olaraq bu təbəqənin həm instituallaşdırılması, həm də bazara çıxması üçün institutsional mərkəz funksiyası yerinə yetirə bilər».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR