Bank Of Baku

Avropa Birliyi Türkiyəyə 233 mln. avro yardım ayırıb

Avropa Birliyi Türkiyəyə 233 mln. avro yardım ayırıb
# 21 dekabr 2011 08:46 (UTC +04:00)
Bakı - APA-Economics. Avropa Komissiyası (AK) Avropa Birliyinə (AB) daxil olmaq istəyən ölkələrdə islahatların dəstəklənməsi üçün bir sıra proqramların formalaşdırılmasını başa çatdırıb.

APA-Economics”in “RİA Novosti”yə istinadən xəbərinə görə, yardım fondunun məbləği təxminən 1 mlrd. avro təşkil edir.

Bu vəsait Albaniya, Bosniya və Herseqovina, Xorvatiya, Makedoniya, Çernoqoriya, Serbiya, Kosovo, Türkiyə və İslandiya üçün nəzərdə tutulub. AB-nin ümumi büdcəsindən daha çox məbləğ Türkiyə (232,968 mln. avro) və Serbiyaya (178,557 mln. avro) ayrılacaq.

“Bu proqramlar dövlət idarəçiliyi, ədalət mühakiməsi, iqtisadiyyat və ətraf mühitin mühafizəsinin yaxşılaşdırılması sahələrində konkret nəticələr əldə etmək üçün yaradılıb” - deyə avrokomissar Ştefan Fyule qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR