Bank Of Baku

«Ekonomist» analitik jurnalının növbəti sayı çapdan çıxıb - FOTO

«Ekonomist» analitik jurnalının növbəti sayı çapdan çıxıb - <font color=red>FOTO</font>
# 21 dekabr 2011 09:19 (UTC +04:00)
«APA-ECONOMICS»in məlumatına görə, 2010-cu ilin fevral ayından nəşr olunan jurnalın artıq 22 buraxılışı işıq üzü görüb.

«APA-Ekonomist» jurnalında oxucular Azərbaycanın sosial-iqtisadi həyatının müxtəlif sahələri üzrə icmal və analitik xarakterli məqalə və araşdırma yazıları ilə tanış ola bilərlər. Jurnalın bu sayında Azərbaycan banklarının 2011-ci ilin yanvar-sentyabr ayları, sığorta şirkətlərinin isə yanvar-oktyabr ayları üzrə renkinqləri, MDB məkanında İslam bankçılığının perspektivləri haqqında məqalə və Yeni İl bayramına həsr olunmuş bir sıra məqalə, həmçinin sorğu yerləşdirilib.

Qeyd edək ki, «APA-Ekonomist» jurnalını həm redaksiya vasitəsilə, həm də «Qasid», «Qaya» və «Azərmətbuatyayım» şirkətlərinin Bakı və Sumqayıt şəhərləri ərazisində fəaliyyət göstərən köşklərində abunə olmaq və almaq mümkündür. Bununla yanaşı, «Ekonomist» və «Metro-Servis» şirkətləri arasında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən, jurnalın buraxılışlarını Bakı Metropoliteninin stansiyalarında da almaq olar.

Jurnal ayda bir dəfə, rus dilində, 3 min tirajla, A4 formatında nəşr olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR