Bank Of Baku

«Paşa Həyat» sığorta şirkəti bədbəxt hadisələr üzrə icbari sığorta bazarında liderdir

«Paşa Həyat» sığorta şirkəti bədbəxt hadisələr üzrə icbari sığorta bazarında liderdir
# 21 dekabr 2011 11:31 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta» növü üzrə ümumilikdə 18,025 mln. manat həcmində sığorta haqqı yığılıb.

«APA-Economics»in apardığı araşdırmaya görə, bu sığorta növü üzrə bazarda ən çox sığorta haqqı «Paşa Həyat» sığorta şirkəti tərəfindən toplanılıb. Belə ki, qeyd olunan dövr ərzində şirkətin bu növ üzrə daxilolmalarının həcmi 8,4 mln. manata yaxın olub ki, bu da bazardakı analoji yığımların ümumi həcminin 47%-ni təşkil edir. Sonrakı yerləri isə «Atəşgah Həyat» və «Qala Həyat» sığorta şirkətləri tutur.

Qeyd edək ki, hesabat dövründə bu sığorta növü üzrə ümumilikdə 263,657 min manata yaxın ödəniş həyata keçirilib. Sığorta ödənişlərinin strukturuna gəldikdə isə ən yüksək xüsusi çəkiyə «Atəşgah Həyat» sığorta şirkəti malikdir.

Xatırladaq ki, Azərbaycanda həyat sığortası üzrə məhz bu üç sığorta şirkəti ixtisaslaşıb.

Qeyd edək ki, «Atəşgah Həyat» sığorta şirkəti 2009-cu ildə, «Paşa Həyat» sığorta şirkəti 2010-cu ildə, «Qala Həyata» sığorta şirkəti isə 2008-ci ildə yaradılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR