Bank Of Baku

Azərbaycanda RSI indeksi azalıb

Azərbaycanda RSI indeksi azalıb
# 21 dekabr 2011 12:04 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda pərakəndə satış indeksi (Retail Sales Index – RSI) 2011-ci ilin noyabr ayı üzrə 94,9% təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu göstərici oktyabr ayının indeksindən 5,8 faiz bəndi azdır.

Qeyd edək ki, sentyabr üzrə indeks 100,7%, avqustda 101,4%, iyulda 99,6%, iyunda 97,1%, mayda 118,3%, apreldə 82,3%, martda 115,9%, fevralda 94,5%, yanvarda isə 73,5%-ə bərabər olub.

RSI indeksi ay ərzində satılmış malların (iaşə müəssisələri daxil olmaqla) ümumi dəyərin əvvəlki ayın eyni həcminə nisbəti kimi hesablanır. Cari ilin noyabr ayında ümumi pərakəndə dövriyyəsi 1 372,4 mln. manat, oktyabrda 1 446,5 mln. manat, sentyabrda 1 436,2 mln. manat, avqustda 1 325,5 mln. manat, iyulda 1 307,8 mln. manat, iyunda 1 312,8 mln. manat, mayda 1 348,2 mln. manat, apreldə 1 139,6 mln. manat, martda 1 384,4 mln. manat, fevralda 1 156,9 mln. manat, yanvarda isə 1 224,1 mln. manat təşkil edib.

Qeyd edək ki, indeksin azalması və onun 100%-dən az olması mənfi göstəricidir, çünki aylıq müqayisədə pərakəndə ticarət dövriyyəsinin azalmasını əks etdirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR