Bank Of Baku

Azərbaycanda pərakəndə ticarətdə mal ehtiyatları indeksi azalıb

Azərbaycanda pərakəndə ticarətdə mal ehtiyatları indeksi azalıb
# 21 dekabr 2011 12:32 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən pərakəndə ticarət obyektlərində olan mal ehtiyatları indeksi 2011-ci ilin noyabr ayı üzrə 98,9% təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, oktyabr ayı üzrə bu göstərici 108,6%, sentyabrda 101%-ə bərabər olub.

İndeks hesabat ayının sonuna pərakəndə ticarət təşkilatlarında mal ehtiyatlarının dəyərinin əvvəlki ayın sonuna olan analoji göstəriciyə nisbəti kimi hesablanır. İndeksin azalması mal qalıqlarının artım tempinin azalmasını göstərir, onun 100%-dən az olması isə mal qalığının əvvəlki ayla müqayisədə azalmasını əks etdirir. Belə ki, pərakəndə ticarət təşkilatlarında mal ehtiyatlarının həcmi 2011-ci ilin yanvarın 1-nə 137,1 mln. manat, fevralın 1-nə 141,3 mln. manat, martın 1-nə 123,1 mln. manat, aprelin 1-nə 124,3 mln. manat, mayın 1-nə 131,9 mln. manat, iyunun 1-nə 132,1 mln. manat, iyulun 1-nə 134 mln. manat, avqustun 1-nə 193,6 mln. manat, sentyabrın 1-nə 189,7 mln. manat, oktyabrın 1-nə 191,5 mln. manat, noyabrın 1-nə 207,9 mln. manat və dekabrın 1-nə 205,7 mln. manat təşkil edib.

Göründüyü kimi, iyul ayında pərakəndə ticarət obyektlərində mal ehtiyatları kəskin artıb və bu tendensiya hələ də davam edir. Nəticədə, bu ilin dekabrın 1-nə olan göstərici ötən ilin dekabrın 1-nə olan göstəricini 1,5 dəfə üstələyib.

Qeyd edək ki, pərakəndə ticarətdə mal ehtiyatlarının artması ilk növbədə pərakəndə satışın zəifləməsini göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR