Bank Of Baku

«Qafqaz İnkişaf Bankı» nizamnamə kapitalını artırır

«Qafqaz İnkişaf Bankı» nizamnamə kapitalını artırır
# 21 dekabr 2011 12:40 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi «Qafqaz İnkişaf Bankı» ASC-nin imtiyazlı adlı sənədsiz səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

Bakı Fond Birjasından (BFB) «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 1 manat, sayı 3 mln. ədəd, emissiyanın ümumi həcmi isə 3 mln. manat təşkil edir.

«Qafqaz İnkişaf Bankı» ASC-nin səhmlərinin yerləşdirilməsində adderayter rolunda «Çelsi Kapital» şirkəti çıxış edəcək. Yerləşdirmə kütləvi təklif üsulu ilə BFB vasitəsi ilə keçiriləcək və başa çatdıqdan sonra bankın nizamnamə kapitalı 30% artaraq 13 mln. manata çatacaq.

Qeyd edək ki, təsisçisi Azərbaycan, ABŞ, Almaniya, Gürcüstan və Rusiya müəssisələri, bankları, təşkilatları və fiziki şəxslər olan «Qafqaz İnkişaf Bankı» 1996-cı ilin aprelində yaradılıb. Cari ilin oktyabrın 1-nə bankın aktivlərinin həcmi 55,369 mln. manat, kredit portfeli 50,569 mln. manat, depozit portfeli 6,520 mln. manat, nizamnamə kapitalı isə 10 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR