Bank Of Baku

«KredAqro» nizamnamə kapitalını kəskin artırır

«KredAqro» nizamnamə kapitalını kəskin artırır
# 21 dekabr 2011 13:35 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «KredAqro» bank olmayan kredit təşkilatının adi adlı sənədsiz səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 100 manat, sayı 4 523 ədəd, emissiyanın ümumi həcmi isə 452 300 manat təşkil edir. Emissiya «KredAqro» QSC-nin bundan əvvəl qeydiyyata alınmış (hər birinin nominal dəyəri 1 manat olan 4 523 ədəd – 4 523 manatlıq) adi adlı sənədsiz səhmlərinin yeni parametrlərə konvertasiyası yolu ilə həyata keçiriləcək. Konvertasiya nəticəsində şirkətin nizamnamə kapitalı 100 dəfə artaraq 452 300 manata çatacaq.

Qeyd edək ki, təsisçisi ABŞ-ın «ACDI/VOCA» təşkilatı olan «KredAqro» Azərbaycanda 2000-ci ildən fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR