Bank Of Baku

Avropa Birliyi Liviyaya qarşı sanksiyaları ləğv edib

Avropa Birliyi Liviyaya qarşı sanksiyaları ləğv edib
# 21 dekabr 2011 14:13 (UTC +04:00)
Bakı - APA-Economics. Avropa Birliyi (AB) Liviya Mərkəzi Bankına və ölkənin əsas investisiya bankına - “Libyan Arab Foreign Bank”ına qarşı sanksiyaları rəsmən aradan qaldırıb.

APA-Economics”in “Agence France-Presse”yə istinadən xəbərinə görə, bu barədə qərar AB-yə üzv olan ölkələrin Brüsseldə keçirilən toplantısında qəbul edilib.

Qərarda qeyd olunur ki, bu addım Liviya iqtisadiyyatının möhkəmlənməsi və bərpası işində ölkə hökumətinə kömək etməlidir.

Qeyd edək ki, Liviyada diktator Müəmmər Qəddafinin devrilməsi ilə nəticələnən vətəndaş müharibəsi başlayandan sonra ölkənin müxtəlif xarici banklarda saxlanılan 150 mlrd. dollar vəsaiti dondurulub. Dekabrın 16-da BMT, bir gün sonra isə ABŞ Liviya ilə bağlı sanksiyaları aradan qaldırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR