Bank Of Baku

«Rabitəbank» yanvarın 5-də yeni səhm emissiyasının yerləşdirilməsinə başlayacaq

«Rabitəbank» yanvarın 5-də yeni səhm emissiyasının yerləşdirilməsinə başlayacaq
# 21 dekabr 2011 14:19 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Gələn ilin yanvarın 5-dən etibarən Bakı Fond Birjasında (BFB) Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən qeydiyyata alınmış «Rabitəbank» ASC-nin yeni səhm emissiyasının yerləşdirilməsinə başlanacaq.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 20,29 manat, sayı 266 815 ədəd, emissiyanın ümumi həcmi isə 5 413 676,35 manat təşkil edir. Qiymətli kağızların yerləşdirilməsində anderrayter rolunda «Çelsi Kapital» MMC çıxış edəcək. Emissiyanın yerləşdirilməsi başa çatandan sonra bankın nizamnamə kapitalı 40% artaraq 18,9 mln. manata çatacaq.

Qeyd edək ki, «Rabitəbank» ASC 1993-cü ildən fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR