Bank Of Baku

Azərbaycanda əsas kapitala yönəldilmiş xarici sərmayələrin həcmi son bir ildə 18% artıb

Azərbaycanda əsas kapitala yönəldilmiş xarici sərmayələrin həcmi son bir ildə 18% artıb
# 21 dekabr 2011 14:37 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-noyabr ayları ərzində xarici mənbələrdən Azərbaycanın əsas kapitalına yönəldilmiş vəsaitin həcmi 2 195,1 mln. manat təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrünə nisbətən xarici mənbələrdən ölkənin əsas kapitalına yönəldilmiş vəsaitin həcmi 18,1% artıb.

«Xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən ilin əvvəlindən əsas kapitala yönəldilmiş xarici vəsaitin 1 853,5 mln. manatı (84,4%-i) Böyük Britaniya, ABŞ, Yaponiya, Fransa, Norveç, Çexiya, Türkiyə və Koreya investorlarına məxsus olub», - deyə Komitədən bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR