Bank Of Baku

ABŞ banklarından biri irqi ayrı-seçkiliyə görə rekord həcmdə cərimələnib

ABŞ banklarından biri irqi ayrı-seçkiliyə görə rekord həcmdə cərimələnib
# 22 dekabr 2011 07:30 (UTC +04:00)
Bakı - APA-Economics. ABŞ Baş Prokurorluğu “Bank of America”nın bölmələrindən birini 335 mlrd. dollar cərimələyib.

APA-Economics”in “France 24”ə istinadən xəbərinə görə, “Countrywide” ipoteka bankı afroamerikalılara və Latın Amerikasından olanlara qarşı diskriminasiyada təqsirli bilinib.

İttihama əsasən, afroamerikalılar və Latın Amerikasından olanlarla müqayisədə ağdərili müştərilərin ipoteka kreditləri üzrə faiz dərəcəsi daha aşağı olub. Məhkəmənin qərarı ilə bankın 200 mindən artıq müştərisi uğradıqları maddi və mənəvi zərərə kompensasiya alacaq.

Baş Prokurorluq hesab edir ki, bu hadisə mənəvi-etik prinsipləri və maliyyə intizamını pozan bankları nələrin gözlədiyini əyani şəkildə göstərir və hamı bundan nəticə çıxarmalıdır.

Qeyd edək ki, ipoteka dərəcələrinin irqi əlamətlərə görə bilərəkdən qaldırılması 2004-2008-ci illərdə - “Bank of America” “Countrywide”ni almamışdan əvvəl baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR