Bank Of Baku

«AXA-Mbask» Sığorta Agentlikləri Forumu keçirib

«AXA-Mbask» Sığorta Agentlikləri Forumu keçirib
# 22 dekabr 2011 07:46 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən «AXA-Mbask» sığorta şirkəti I Sığorta Agentlikləri Forumu keçirib. Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, forumda şirkətlə əməkdaşlıq edən sığorta agentliklərinin rəhbərləri və sığorta agentləri iştirak ediblər.

Forumda aparılan müzakirələrin əsas mövzusu Azərbaycanda agent satışlarının genişləndirilməsi ilə bağlı məsələlər, mövcud beynəlxalq təcrübə, 2012-ci ildə sığorta agentliklərinin inkişafına dair planlar və strateji istiqamət, ölkə paytaxtında və bölgələrdə agent şəbəkəsi vasitəsilə sığortanın icbari növlərinin satışı məsələləri olub. Bununla yanaşı forum iştirakçılarına sığorta müqavilələrinin rəsmiləşdirilməsində agentlərin işinin asanlaşdırılması üçün yeni «Phoenix» proqram təminatı da nümayiş olunub.

Tədbirdə vurğulanıb ki, inkişaf etmiş ölkələrdə xüsusi çəkisi 60%-ə yaxın olan bu satış kanalı müştərilərlə yaxın əlaqədə işləyərək, müştərilərə konsaltinq xidmətləri vasitəsilə müxtəlif çeşidli sığorta məhsullarının satışında xeyli köməklik edir. Azərbaycan bazarında agentlər şəbəkəsinin inkişafı, bütövlükdə sığorta bazarının genişlənməsini təmin edəcək.

Qeyd edək ki, «AXA Group» əsas diqqəti Avropa, Şimali Amerika, Asiya-Sakit okean bölgəsi və Yaxın Şərqə yetirmək şərti ilə 57 ölkədə fəaliyyət göstərir. Gəliri 90 mlrd. avro, mənfəəti 3,5 mlrd. avro olan Qrup dünyanın ən iri sığorta şirkətlərinin reytinq siyahısında birinci yeri tutur, maliyyə yatırımlarının sığortası sahəsində liderlərdən biridir. Bu ilin əvvəlinə olan məlumata görə, şirkətin 210 mindən artıq əməkdaşı var, dünya üzrə müştərilərinin isə sayı 96 mln. təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR