Bank Of Baku

«DəmirBank» xaricdən yeni kredit cəlb edib

«DəmirBank» xaricdən yeni kredit cəlb edib
# 22 dekabr 2011 08:05 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «DəmirBank» ASC və Belçikanın «VDK Spaarbank N.V.» arasında «Incofin» İnvestisiya Fondunun təşkilatçılığı ilə 2 mln. ABŞ dolları məbləğində vəsaitin cəlb edilməsi ilə bağlı kredit müqaviləsi imzalanıb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bununla da 2009-cu ildə imzalanan müqavilənin müddəti növbəti 2 il üçün uzadılıb. Kredit müqaviləsi üzrə cəlb edilən vəsait mikrokreditlərin verilməsinə yönəldiləcək. Qeyd edək ki, bu, «Incofin» İnvestisiya Fondunun təşkilatçılığı ilə imzalanan 3-cü müqavilədir.

Bankın İdarə Heyətinin sədr müavini Yusif Cabbarovun sözlərinə görə, «DəmirBank» 2007-ci ildə «VDK Spaarbank» ilə əməkdaşlığa başlayıb.

Xatırladaq ki, «DəmirBank» (əvvəlki «Azərdəmiryolbank») 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR