Bank Of Baku

«Kredaqro» təşkilatınə yeni sədr təyin olunub

«Kredaqro» təşkilatınə yeni sədr təyin olunub
# 22 dekabr 2011 08:36 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Kredaqro» bank olmayan kredit təşkilatının İdarə Heyətinə yeni sədr təyin edilib. Bunu «APA-Economics»ə açıqlamasında təşkilatın İdarə Heyətinin yeni sədri Məcid Əsədov bildirib.

M.Əsədovun sözlərinə görə, əvvəllər təşkilatın İdarə Heyətinin sədri vəzifəsində çalışmış Eldar Cəfərov təşkilatdan uzaqlaşaraq, yeni iş yerinə keçib.

M.Əsədov bildirib ki, hazırda təşkilatın İdarə Heyətində sədr müavinləri vəzifəsi vakant qalıb: «Müşahidə Şurası tərəfindən sədr müavinləri hələlik təyin edilməyib. Bu məsələ Şuranın yaxın günlərdə keçiriləcək iclasında təsdiqini tapacaq».

Xatırladaq ki, təsisçisi ABŞ-ın «ACDI/VOCA» təşkilatı olan «Kredaqro» Azərbaycanda 2000-ci ildən fəaliyyət göstərir. Cari ilin dekabrın 1-nə təşkilatın nizamnamə kapitalının həcmi 4 523 manat təşkil edib. Təşkilatın respublika üzrə 14 filialı və 8 köməkçi ofisi var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR