Bank Of Baku

“DəmirBank”ın saytında və filiallarında “Ailə TV” ödənişlərini də həyata keçirmək mümkün olacaq

“DəmirBank”ın saytında və filiallarında “Ailə TV” ödənişlərini də həyata keçirmək mümkün olacaq
# 13 fevral 2012 14:32 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «DəmirBank» ASC-nin rəsmi internet saytında və filiallarında artıq «Ailə TV» kabel televiziyası ödənişlərini də həyata keçirmək mümkündür.

Bankın baş ofisindən «APA-Economics» verilən məlumata görə, bankın plastik kart sahibləri «BillPay» on-line ödəniş xidməti vasitəsilə https://billpay.demirbank.az internet səhifəsində qeydiyyatdan keçərək kommunal, stasionar və mobil rabitə, internet provayder və kabel TV xidmətlərinin on-line ödənişini həyata keçirə bilər.

On-line ödənişlər «Visa» və «MasterCard» beynəlxalq ödəniş sistemlərinin təhlükəsizlik standartları üzrə xüsusi sertifikasiya keçmiş ödəmə sistemi vasitəsilə dərhal həyata keçirilir. Plastik kart sahibləri evdən və ya ofisdən sadəcə «DəmirBank»a 149 nömrəsinə zəng etməklə də bu ödənişləri həyata keçirə bilər.

Bankın İdarə Heyətinin sədr müavini Yusif Cabbarovun sözlərinə görə, bank on-line ödəmələr xidmətlərinin genişləndirilməsinə böyük önəm verir. «Gələcəkdə bankın saytı vasitəsi ilə digər ödənişləri də həyata keçirmək mümkün olacaq. Müştərilərin rahatlığı və xidmətlərdən istifadə imkanlarının genişlənməsi məqsədilə yaxın gələcəkdə bir sıra tədbirlər də həyata keçirməyi planlaşdırırıq», - deyə Y.Cabbarov bildirib.

Xatırladaq ki, «DəmirBank» (əvvəlki «Azərdəmiryolbank») 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR