Bank Of Baku

«DəmirBank»ın faiz mənfəəti ötən ildə 17% artıb

«DəmirBank»ın faiz mənfəəti ötən ildə 17% artıb
# 14 fevral 2012 09:27 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «DəmirBank» ASC-nin 2011-ci ildə əldə etdiyi mənfəətin həcmi 2,514 mln. manat olub ki, bu da 2010-cu ilin mənfəətindən 25% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində bankın ümumi gəlirləri 9,6% artaraq 45,195 mln. manat, o cümlədən faiz gəlirləri 10,3% artaraq 37,093 mln. manat, qeyri-faiz gəlirləri 6,2% artaraq 8,101 mln. manata çatıb.

Bununla yanaşı, ötən ildə bankın ümumi xərcləri 42,680 mln. manat olub ki, bu da 2010-cu ilin xərclərini 8,8% üstələyib. Xərclərin strukturunda faiz xərcləri 0,7% azalaraq 20,635 mln. manat, qeyri-faiz xərcləri isə 19% artaraq 22,045 mln. manat təşkil edib.

Nəticədə təhlil aparılan dövr ərzində bankın faiz mənfəəti 17,3% artaraq 15,048 mln. manata, qeyri-faiz zərəri isə 28% artaraq 13,944 mln. manata çatıb.

Xatırladaq ki, «DəmirBank» 1989-cu ildə «Azərdəmiryolbank» kimi fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. Cari ilin yanvar ayının 1-nə bankın 30 filialı, 55 bankomatı, 333 POS-terminalı və 745 işçisi mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR