Bank Of Baku

Azərbaycanın sığorta bazarında «e-imza»nın tətbiqinə dair qanun bu ilin sonunadək qüvvəyə minəcək

Azərbaycanın sığorta bazarında «e-imza»nın tətbiqinə dair qanun bu ilin sonunadək qüvvəyə minəcək
# 14 fevral 2012 10:26 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə Maliyyə Nazirliyinin mətbuat katibi Mais Piriyev məlumat verib.
Onun sözlərinə görə, «İcbari sığortalar haqqında» qanunun tətbiqinə dair Azərbaycan prezidentinin fərmanı ilə Maliyyə Nazirliyinə sığorta xidmətlərinin elektron vasitələrlə təqdim olunması, habelə «e-imza»dan istifadə etməklə sığorta əqdlərinin bağlanmasına imkan verən hüquqi bazanın yaradılması ilə bağlı müvafiq qanunvericiliyinə dəyişikliklər edilməsi barədə təkliflərin hazırlanması tapşırılıb.
«Hazırda beynəlxalq praktikada internet və mobil rabitə vasitəsilə sığorta məhsullarının əldə edilməsi geniş yayılıb. Bu ilk növbədə sığortalanmaq istəyən şəxslər üçün daha rahat yolla sığorta müqaviləsi bağlamaq imkanı verir, sığorta xidmətlərini insanlar üçün daha da əlçatan edir. Azərbaycanda sığorta xidmətlərinin elektron vasitələrlə təqdim olunması ölkədə sığortanın daha geniş yayılmasına şərait yaradacaq», - deyə M.Piriyev bildirib.
Nazirlik rəsmisi onu da qeyd edib ki, ölkənin sığorta bazarında «e-imza»nın tətbiqi üçün hazırlanan qanun layihəsinin bu ilin sonunadək qüvvəyə minəcəyi ehtimal olunur.
Qeyd edək ki, artıq müvafiq sənədlərin layihələri hazırlanaraq hökumətə təqdim olunub. Daha sonra qanun layihəsinin ölkə parlamentə təqdim olunması planlaşdırılır.
Qeyd edək ki, «e-imza»nın istifadəsi sığorta şirkətlərinə daha qısa vaxta müqavilələr imzalamağa imkan verəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR