Bank Of Baku

Azərbaycan gömrük orqanlarının büdcəyə ödəmələri yanvar ayında 11% artıb

Azərbaycan gömrük orqanlarının büdcəyə ödəmələri yanvar ayında 11% artıb
# 14 fevral 2012 11:00 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Bu ilin yanvar ayında Azərbaycanın gömrük orqanları tərəfindən dövlət büdcəsinə 77 785,2 min manat gömrük vergi və rüsumları keçirilib ki, bu da ötən ilin yanvarına nisbətən 7,6 mln. manat və ya 11% artıqdır.

Dövlət Gömrük Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, bu məbləğin 62 327,58 min manatı ƏDV, 9 665,52 min manatı gömrük rüsumları, 4 725,59 min manatı aksizlərin, 1 066,5 min manatı isə yol vergilərinin payına düşür.

Ötən ilin yanvarına nisbətən ƏDV yığımları 19%, aksizlər 2,1 dəfə, yol vergisi üzrə yığımlar 30% artıb, gömrük rüsumlarının yığımı isə 35% azalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR