Bank Of Baku

«Kapital Bank» müraciətləri on-line rejimdə də qəbul edəcək

«Kapital Bank» müraciətləri on-line rejimdə də qəbul edəcək
# 14 fevral 2012 11:40 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Kapital Bank» ASC rəsmi internet səhifəsində on-line müraciət bölməsini yaradıb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, indi hər bir istifadəçisi www.kapitalbank.az saytında bu bölməyə daxil olmaqla xidmətdən istifadə edə bilər.

Hər bir müraciət bankın əməkdaşı tərəfindən sutkanın 7 günü, günün 24 saatı ərzində on-line rejimdə cavablandırılacaq.

Bankdan bildirilib ki, bu xidmət vasitəsilə «Kapital Bank»ın təklif etdiyi xidmət və məhsullar haqqında ətraflı məlumat almaq, müxtəlif məsələlərlə bağlı suallar vermək, qarşıya çıxan bir sıra problemləri operativ şəkildə aradan qaldırmaq olar.

Qeyd edək ki, on-line müraciətlə yanaşı, bankın filiallarına və yaxud 196 nömrəli müştəri xidmətinə müraciət etmək mümkündür.

Xatırladaq ki, «Kapital Bank» 2000-ci ildən fəaliyyət göstərir. Bankın səhmdarları rolunda «Paşa Holding» (97,5%) və bankın əmək kollektivi (2,5%) çıxış edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR